Məxfilik siyasəti
Versiya 1 · qaralama
Məlumatı kim işləyir
Fərdi məlumatlarınızın mülkiyyətçisi və operatoru: [SAHİBİN ADI SOYADI] (trendaz.shop platformasının sahibi). Əlaqə: [ƏLAQƏ E-POÇTU].
Hansı məlumatları toplayırıq
Hesab: e-poçt ünvanı (Google ilə girişdə Google hesabının ünvanı və dəyişməz nömrəsi), ad, yaş (doğum ili kimi saxlanılır), cins, istəyə bağlı profil şəkli, istifadəçi şərtlərini qəbul etdiyiniz versiya və vaxt.
Satıcıdan əlavə olaraq: satıcının adı və mobil nömrəsi, mağazanın adı, Instagram səhifəsi, çatdırılma yeri, mağaza və məhsul şəkilləri, məhsulların adı, qiyməti və təsviri.
Fəaliyyət: baxdığınız məhsullar (baxış sayı), bəyənmələr, paylaşmalar, sifarişlər.
Sifariş: «Səbət»də yazdığınız mobil nömrə (sifarişlə birlikdə, bazada şifrəli). Səbət və son yazdığınız nömrə həm də telefonunuzda saxlanılır və hesabdan çıxanda silinir.
Kəşf et-in maraqları: hansı kateqoriyalara nə qədər baxdığınız (və onlarda nəyi bəyəndiyiniz, paylaşdığınız, sifariş etdiyiniz) YALNIZ telefonunuzda saxlanılır və hesabdan çıxanda silinir. Kəşf et-in siyahısı istənəndə serverə yalnız ən çox maraqlandığınız kateqoriyaların çəkiləri gedir — server onları saxlamır.
Qeydiyyatsız baxanda: telefonda yaradılan, adınızla bağlı olmayan anonim nişan (baxış sayı üçün). İP ünvanı sui-istifadəyə qarşı hədlər üçün yalnız serverin yaddaşında qısa müddət saxlanılır.
Bildirişlər: hesabınızın bildirişlər qutusu (sifarişlər, bəyənmələr, paylaşımın vaxtı, satıcı müraciətinin qərarı, platformanın elanları) və bildiriş ayarlarınız; push bildirişi üçün telefonun bildiriş nişanı (Google Firebase-in verdiyi, adınızla bağlı olmayan nişan — hesabdan çıxanda silinir).
Şikayətlər və bloklar: kimin şikayət etdiyi, şikayətin səbəbi və vaxtı, idarəetmənin qərarı; satıcının blokladığı alıcılar (mağaza, alıcı və vaxt).
Sifarişin qiyməti: qəbul edilmiş sifarişə verdiyiniz qiymət — kim verib, nəticə (məhsulu aldınızmı), ulduz, seçdiyiniz etiketlər və vaxt.
Satıcının əlavə etdiyi kateqoriyalar: yazdığınız ad, qrupu, hansı mağazanın əlavə etdiyi, vaxtı və idarənin yoxlaması; əvvəlki kateqoriya təklifləri (mətn, məhsul, vaxt və idarənin qərarı).
Sui-istifadəyə qarşı: sifarişdə yazdığınız nömrənin açarla heşlənmiş izi (bu iz nömrənin özü deyil, ondan gizli açarla hesablanan ayrıca heşdir — nömrənin özü sifarişlə birlikdə şifrəli saxlanılır; iz eyni nömrənin neçə hesabda işləndiyini və ondan şikayətləri görmək üçündür), satıcıların şikayətlərindən hesablanan avtomatik hədlər (eyni anda gözləyən sifarişlərin sayı, müvəqqəti dayandırma) və satıcının blokladığı nömrələrin açarla heşlənmiş izi (ən çox 1 il).
Texniki: girişin təhlükəsizliyi üçün cihaz nişanı.
Nə üçün
Hesab yaratmaq və girişi təmin etmək; məhsulları göstərmək və axtarış; sifarişi satıcıya çatdırmaq və qəbul edilmiş sifarişdə alıcı ilə satıcını əlaqələndirmək; satıcı müraciətini yoxlamaq; sui-istifadənin qarşısını almaq (o cümlədən avtomatik sifariş hədləri); satıcıya məhsullarının baxış statistikasını və alıcı qiymətlərinin anonim xülasəsini (adınız olmadan) göstərmək; kateqoriyaların siyahısını satıcıların əlavə etdiyi kateqoriyalarla genişləndirmək; Kəşf et-də sizə maraqlı ola biləcək məhsulları öndə göstərmək.
Yalnız bu məqsədlər üçün lazım olan məlumat toplanır. Məlumat satılmır və reklam üçün ötürülmür.
Bildirişlər
Bildirişlər qutusu hesabınızın içindədir — onu yalnız siz görürsünüz. Bildiriş 60 gün saxlanılır, sonra silinir.
Bildirişin mətnində heç kimin adı, telefon nömrəsi, e-poçtu və mağazanın adı olmur: alıcı satıcı haqqında, satıcı isə qəbuldan əvvəl alıcı haqqında heç nə öyrənmir; məhsulu kimin bəyəndiyi bildirilmir.
Hansı bildirişləri alacağınızı Profil → «Bildirişlər»də seçirsiniz (sifarişlər, bəyənmələr, paylaşımın vaxtı). Kampaniya və təkliflər YALNIZ razılığınızla gəlir — standart olaraq sönükdür. Xidmət məlumatları (satıcı müraciətinin qərarı, platformanın elanları) həmişə gəlir.
Bildirişlər telefonunuzun bildiriş zolağına da gəlir (push). Push Google-un Firebase Cloud Messaging xidməti ilə çatdırılır — bildirişin başlığı və qısa mətni (orada da ad, nömrə və mağazanın adı yoxdur) bu xidmətdən keçir. Telefonun bildiriş icazəsini və kanallarını («Sifarişlər», «Məhsullar», «Xəbərlər və kampaniyalar») telefonun ayarlarından idarə edirsiniz; hesabdan çıxandan sonra bu telefona push getmir.
Kim görür, kimə ötürülür
Satıcı: yalnız sifarişinizi QƏBUL edəndən sonra — adınız və sifarişdə yazdığınız mobil nömrə. Satıcının nömrəsi və adı, mağazanın adı alıcılara göstərilmir.
Satıcı olsanız: mobil nömrənizi YALNIZ platformanın idarəsi görür — alıcılara göstərilmir. Adınız və mağazanızın adı da alıcılara göstərilmir.
Başqa təsdiqlənmiş satıcılar «Qiymət müqayisəsi» bölməsində mağazanızın adını və aktiv məhsullarınızı görür.
Xidmət təminatçıları: serverin yerləşdiyi hostinq (netcup GmbH, Almaniya) — məlumat orada saxlanılır; e-poçt göndərişi (Brevo, Avropa İttifaqı) — giriş kodunu göndərmək üçün e-poçt ünvanınız; Google — yalnız «Google ilə davam et» seçəndə; Google Firebase Cloud Messaging — push bildirişini telefonunuza çatdırmaq üçün bildirişin mətni və telefonun bildiriş nişanı.
Şikayətləri yalnız platformanın idarəsi görür — şikayət edənin kimliyi satıcıya və alıcıya göstərilmir. Satıcı «Bloklanıb» nişanını yalnız bloku qoyduğu sifarişin özündə görür — alıcının başqa sifarişlərində yox.
Qiymətinizi satıcı görmür — o, yalnız ən azı 5 alıcının ulduzlu qiymətindən sonra son 90 günün anonim xülasəsini (orta ulduz, ulduzların bölgüsü və etiketlərin sayı) görür; bütün qiymətləri və sui-istifadə hədlərini yalnız platformanın idarəsi görür. Satıcının əlavə etdiyi kateqoriyanın ADI dərhal kateqoriya kimi hamıya görünür; onu hansı mağazanın əlavə etdiyini yalnız platformanın idarəsi görür.
Şəkildəki yazının yoxlanması telefonun özündə olur (Google ML Kit); şəkil və tanınan yazı telefondan çıxmır.
Tətbiqə qoşulmuş Google kitabxanaları (şəkildəki yazının yoxlanması üçün ML Kit, push bildirişləri üçün Firebase) xidmətin işini izləmək və xətaları aradan qaldırmaq üçün Google-a cihaz və tətbiq haqqında texniki məlumat göndərir: tətbiqin və əməliyyat sisteminin versiyası, cihazın modeli, quraşdırmanın identifikatoru, xəta kodları və işləmə göstəriciləri. Şəkil və tanınan yazı bu məlumata daxil deyil.
Razılığınızla məlumatınız Azərbaycandan kənarda (Almaniyada) saxlanılır və işlənir.
Mühafizə və saxlanma
Bazada şifrəli saxlanılır: adınız, e-poçt ünvanınız, telefon nömrələri (sifarişdə yazdığınız nömrə də), profil şəkliniz, satıcının öz adı və mobil nömrəsi.
Mağaza və məhsul şəkilləri, mağazanın və məhsulların adı və təsviri tətbiqdə göstərilən məzmundur və şifrələnmir; yaş (doğum ili) və cins olduğu kimi saxlanılır.
Giriş kodları və sessiya nişanları yalnız geri açılmayan heş kimi saxlanılır.
Məlumat hesabınız silinənə qədər saxlanılır. Hesab silinəndə ad, yaş, cins, şəkil, bəyənmə, sifariş, bildiriş, qiymət, şikayət, kateqoriya təklifi, mağaza və məhsul məlumatı bazadan dərhal və birdəfəlik silinir.
Satıcı kimi əlavə etdiyiniz kateqoriya hesabınız silinəndən sonra da platformanın kateqoriyası kimi qalır (onu başqa satıcılar da işlədə bilər) — onun mağazanızla əlaqəsi silinir.
Serverin bazasının gündəlik ehtiyat nüsxələri ən çox 14 gün saxlanılır: silinmiş məlumat bu nüsxələrdə ən çox 14 gün qalır, sonra avtomatik silinir.
Giriş kodunu göndərən e-poçt xidməti (Brevo) göndərişlərin öz jurnalını (alıcının e-poçt ünvanı, vaxt və nəticə) hesabınız silinəndən sonra da öz saxlama müddəti ilə saxlayır.
Səlahiyyətli dövlət orqanı açıq iş üzrə qanuni qaydada məlumat istəyibsə, həmin məlumat yalnız bu sorğunu cavablandırmaq üçün saxlanıla bilər.
İstisna: satıcı sifarişlərinizdən birini bloklayıbsa, həmin sifarişin nömrəsinin açarla heşlənmiş izi (nömrənin özü yox) hesabınız silinəndən sonra da həmin mağazada ən çox 1 il qalır — blokdan yan keçmək olmasın; sonra silinir.
Hüquqlarınız
Haqqınızda hansı məlumatın saxlandığını bilmək, ona baxmaq, düzəltmək (Profil → «Profili redaktə et»), silmək («Hesabı sil» — Profilin, satıcı hesabında «Mağazam» → ⚙ «Profili düzəlt»in və ya qeydiyyatı tamamlama formunun ən aşağısında), işlənməsinə etiraz etmək və razılığı geri götürmək (hesabı silməklə) hüququnuz var.
Sorğularınızı [ƏLAQƏ E-POÇTU] ünvanına yazın — 7 iş günü ərzində cavab veririk. Şikayəti səlahiyyətli dövlət orqanına və ya məhkəməyə də verə bilərsiniz.
Uşaqlar
Tətbiq 18 yaşdan yuxarı istifadəçilər üçündür: 18 yaşından kiçiklər qeydiyyatdan keçə bilməz. Uşaqların məlumatını bilə-bilə toplamırıq.
Dəyişikliklər
Siyasəti dəyişə bilərik. Əsaslı dəyişiklikdə tətbiq yeni mətni göstərir və davam etmək üçün onu yenidən qəbul etməyiniz istənir.